Ru
00:45 / 16 Sentyabr 2020

"Qədim Erebuni qalasının indiki İrəvan şəhəri ilə əlaqəsi olmayıb" - Tarixçi

4993
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin adı indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə çar Rusiyasının işğalından sonra - 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə ermənilər tərəfindən dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb.

"BakuPost" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adını Urartu çarı I Argiştinin dövründə - eradan əvvəl 782-ci ildə salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan heç bir əlaqəsi olmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər