Ru
11:51 / 09 Dekabr 2025

Qənimət Zahidin məhkəməsi başladı

Qənimət Zahidin məhkəməsi başladı
Eye

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakupost.az APA-ya xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, Qənimət Zahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintadan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkən tədbiri seçilib.

İstintadan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.

18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsi ilə Qənimət Zahid 20 oktabr 2025-ci il tarixdə istintaqa dəvət olunub, lakin istintaqa gəlməyib.

Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən təqsirləndirilən Qənimət Zahid barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qıyabi icraat açılıb və müdafiəçi ilə təmin edilib.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən 18 sentyabr 2025-ci il tarixdə Q. Zahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan etmək mümkün olmayıb.

İttihama görə, Qənimət Zahid 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

Cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-də tamamlanıb.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar