Ru
23:33 / 30 Oktyabr 2019

Qəzada dünyasını dəyişən Salanın adı belə əbədiləşdirildi

1635
Təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atılıb.

BakuPost-un
məlumatına görə, Argentinanın "San Martin Proqreso" klubu stadionuna futbolçunun adını verib.

Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək.

Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər