Ru
19:57 / 30 Noyabr 2021

Qəzada şəhid olan “işçi” polkovnik imiş - İlginc detal

4726
Bu gün səhər saatlarında Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusu siyahısında “işçi” kimi göstərilən Elçin Nəbiyev vaxtilə yüksək vəzifə tutmuş şəxs olub.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, Azərbaycan ordusunun peşəkar pilotlarından olan, polkovnik rütbəsi daşıyan E.Nəbiyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin sabiq Qərargah rəisi olub. O, Zakir Həsənov nazir təyin olunduqdan sonra ordudan tərxis olunub.

E.Nəbiyev Müdafiə Nazirliyindən tərxis olunduqdan sonra Sərhəd Xidmətlərində peşəkar təlimçi kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!
Qəzada şəhid olan “işçi” polkovnik imiş - İlginc detal
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər