Ru
13:29 / 12 Noyabr 2025

Qəzada həlak olan 18 hərbçinin nəşi tapıldı

Qəzada həlak olan 18 hərbçinin nəşi tapıldı
Eye

Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları davam etdirilir.

Gela Geladze qeyd edib ki, dörd hərbçinin nəşi təyyarənin pilot kabinəsində tapılıb. Nazir türkiyəli həmkarı ilə daimi əlaqədə olduğunu deyib.

"Biz beynəlxalq istintaq qrupu yaratmışıq. Qrupa türkiyəli həmkarlarımız da daxildir. Təyyarə hərbi təyinatlı olduğundan ətraflı məlumatları Türkiyə tərəfi ilə razılaşdırılma ilə mərhələli şəkildə təqdim edəcəyik", – Geladze əlavə edib.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar