QHT rəhbərinin oğlu Mirşahinə görə saxlanıldı

1114
 
Bakıda QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.

BakuPost xəbər verir ki, bu barədə Unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib. O bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə apararaq saxlayıblar:

"Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4,ev 2 A ünvanında olan mənzilimizə gələrək oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar.Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar.Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər.Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb.Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm.Mən də oğlumdan soruşdum dedi ki, ana dəqiq xatırlamıram.Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işraəsi qoymuşdum onu nəzərdə tuturlar.Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəhy yazmışdım ki, ona bu da azdır.Yəgin onu nəzərdə tuturlar.Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur.Mən aidiyyatı orqanlardan xahiş edirəm ki, oğlumun azad olunması ilə bağlı mənə kömək etsinlər".
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər