Ru
11:51 / 29 Noyabr 2020

Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı

1755
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

Məlumatı Ariana News telekanalı BQXK-nın ölkədəki nümayəndəsinə istinadən yayıb.

Bildirilir ki, Qırmızı Xaçın əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır.

Ölkədə fəaliyyətdə olan heç bir terrorçu qruplaşma oğurluq faktına görə məsuliyyəti boynuna götürməyib.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın Qəznə şəhərində, hərbi bazanın yaxınlığında mina ilə dolu avtomobil partlayaraq 21 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər