16:20 / 16 İyul 2021

Qış parkında aktroya görə baş verən gərginliyin VİDEOSU - FOTOLAR

1415
İyulun 15-də ADO teatrının rəhbəri Elmin Bədəlov Qış parkında açıq havada “Bunker” adlı rəqs-performansı keçirib. Sosial şəbəkələrdə tamaşa zamanı E. Bədəlovun və onu izləyən bir neçə nəfərin polis tərəfindən saxlanılmasını əks etdirən videogörüntü yayılıb.


Performerin saxlanılması tamaşaçıların narazılığına səbəb olub.



Hadisə ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin tədbir zamanı saxlanılan olmayıb: “Pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi qanunla qadağandır. Buna görə dünən polis əməkdaşları həmin ərazidə toplaşan şəxslərə yaxınlaşaraq profilaktik söhbət aparıb və karantin rejimi dövründə toplaşmağın yolverilməz olduğu bildirilib. Daha sonra orada toplaşan şəxslər ərazidən uzaqlaşdırılıb”.



Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, performerlə birlikdə tamaşaçı Kamran Məmmədli də polis tərəfindən saxlanılıb. Onlar Səbail rayon 27-ci Polis Bölməsində 3 saata yaxın saxlanıldıqdan sonra izahatları alınaraq sərbəst buraxılıblar.

Nümayişdən fotoları təqdim edirik:




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər