Ru
17:07 / 23 İyul 2021

Qızı atasına kitab həsr etdi - FOTO

2363
44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Elmir Əlizadənin qızının imza günü keçirilib.

Bakupost.az xəbər verir ki, şəhid Elmir Əlizadənin qızı Nurgül Əlizadə atasına həsr etdiyi "Şəhid atam" adlı şeirlər kitabını, Quzanlı qəbristanlığında təqdim edib. Kitabda Nurgülün atasına həsr etdiyi şeirlər yer alıb.

Qeyd edək ki, Nurgül Əlizadə Ağdam rayonu Quzanlı qəsəbəsi 68 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir. Onlar 1992-ci ildə Ağdamın İsmayılbəyli kəndindən köçkün düşüblər. Atası şəhid Elmir Əlizadə Vətən müharibəsi başlayarkən könüllü olaraq döyüşlərdə iştirak etmiş, 2020-ci il noyabrın 20-də Ağdam-Tərtər döyüşlərində şəhid olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər