Ru
15:26 / 13 May 2019

“Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri açıqlandı- ADLAR

4784
Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qalibləri müəyyənləşib. 



Bakupost-un məlumatına görə, müsabiqədə 5 nominasiya üzrə 58 əsər iştirak edib. 


Qaliblər aşağıdakı şəxslərdir: 


 Nəsr nominasiyası üzrə


Şərif Ağayar. "Arzulardan sonrakı şəhər” kitabı


Mübariz Örən. "Balıq gülüşü” kitabı


Poeziya nominasiyası üzrə


Salam Sarvan. "Heykəl tənhalığı” kitabı


Vaqif Bəhmənli. "Qansız savaş” kitabı


İbrahim İlyaslı. "Şair olmaq zülümdü” kitabı


Ədəbi tənqid və publisistika nominasiyası üzrə


Yaqub Babayev. "Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı


Abid Tahirli. "Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı


Orijinaldan bədii tərcümə nominasiyası üzrə


Vilayət Hacıyev. Haynrix Böllün "Kişisiz ev” romanı


Seyfəddin Hüseynli. Culian Barnsın "Aqibət duyğusu” romanı


Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə


Reyhan Yusifqızı. "Dostum Mimi” kitabı


Solmaz Amanova. "İlmənin macəraları” kitabı


Rafiq Yusifoğlu. "Nağıl qapısı” kitabı


"Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində "Şans” ödülü


Şahanə Müşfiq. "Şahanənin nağılı” kitabı


Sadıq Qarayev. "Sahibsiz kölgələr” kitabı


Mükafatın təqdimatı mayın 17-i, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər