Ru
16:03 / 16 Oktyabr 2019

​“Qoca”nı qaçıran polkovnikin cəzası azaldıldı

5198
Bakıda məhbusların qaçması ilə bağlı cinayət işində təqsirli bilinən Penitensiar Xidmətin Konvoy Taborunun komandiri, polkovnik-leytenant Bəhruz Abdullayev məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülüb.

Bakupost.az-ın məlumatına görə, sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki 9 il azadlıqdan məhrumetmə cəzasını 3 ilə endirib və qərarda cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Bu qərarın icrası ilə əlaqədar B.Abdullayev 1 saylı cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər