Ru
12:38 / 09 Oktyabr 2019

Qonşusunu bıçaqladı, sonra özünü kəsdi- 4İL HƏBS

1497
Qonşusunu bıçaqlamaqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Eyvazov Orxan Fərhad oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost-un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Orxan Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Şəhər sakini Orxan Eyvazov qonşusu Şahin Quliyevi bıçaqlayıb. Onlar arasında mübahisə məhəllədə söyüş söyülməsinə görə olub.

Məhkəmə istintaqında Şahin Quliyev onu bıçaqlayan qonşusunu bağışlayıb.

Bundan əlavə Orxan Eyvazov həbs edilən zaman narkotik vasitədən istifadə etdiyi də məlum olub. Hökmdə onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarılıb.

Onu da qeyd edək ki, Orxan Eyvazov polis əməldaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğunda xəsarətlər yetirib. Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər