Ru
07:48 / 26 Aprel 2019

Qorbaçov xəstəxanaya yerləşdirildi

1769

 88 yaşlı siyasətçini xəstəxanadan buraxmırlar

 

Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS agentliyi SSRİ-nin ilk prezidenti haqqında ilk filmin rejissorlarından biri Andre Sinqerə istinadən məlumat verib.

Rejissor, eks-prezidentin "Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, buna həkimlərin icazə vermədiyini yazıb. Qeyd edək ki, premyera 41-ci Moskva Kino Festivalı çərçivəsində aprelin 25-nə planlaşdırılmışdı.

"Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. Lakin 88 yaşlı siyasətçi özünü yaxşı hiss edir”.

Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, bu gün siyasətçi ilə iki saat zaman keçirib və onun premyeraya getmək planı olmayıb.

Mixail Qorbaçov 1990-cı il martın 15-də Sovet İttifaqının tarixində ilk və son dəfə olaraq prezident seçilib. 2017-ci ildə verdiyi müsahibələrdən birində Qorbaçov Qərb ölkələrində Rusiyadan daha çox tanındığını söyləsə də, "Qərb ölkələrinə köçməyəcəyini, ömrünün sonuna qədər Rusiyada yaşayacağını” vurğulayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər