Quba-Xınalıq yolu açıldı

349
Qar uçqunu səbəbindən iki gündür ki, bağlı olan Quba-Xınalıq yolunda martın 22-si gündüz saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib.
 
BakuPost-un
Azərtac-a istinadən məlumatına görə, martın 20-də baş verən qar uçqunu Quba-Xınalıq yolunun 34-38-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradıb.
 
Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10-a yaxın texnikası, həmçnin canlı qüvvəsi əraziyə cəlb olunaraq Quba və Xınalıq istiqamətində yoldan qarın təmizlənməsi işlərini həyata keçirib.
 
Həyata keçirilən tədbirlərlə nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkəti təmin edilb.
 
Buna baxmayaraq, təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayan sürücülərdən Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər