Qubada ağır qəza

  • 20:28
  • 535 Baxış
Qubada ağır qəza
Quba
rayonunda yol qəzası baş verib.  

 

BakuPost.az "Report"a istinadən
xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
 

Belə
ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Əfsan Mehman oğlu Xalidbəyovun
idarə etdiyi "VAZ-2106" markalı avtomobil yol kənarındakı səkiyə
çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon
Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burunun
cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

 

Ə.Xalidbəyova
ilkin tibbi yardım göstərilib, cərrahi müdaxilə olunduqdan sonra Reanimasiya
şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

 

Faktla
bağlı araşdırma aparılır.