Ru
23:19 / 16 Dekabr 2019

Qurban Qurbanov dəyişikliklərin anonsunu verdi

2016
“Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1\4 final mərhələsinin ilk oyununda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

47 yaşlı mütəxəssis futbolçuların son dəqiqələrə qədər tempi saxladığını bildirib: "Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”.

- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?

- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.

- Asmir Beqoviç məsələsində bir yenilik var?

- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. “Bornmut” rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.

- Milli komandaya qayıtmaq təklifi alsanız, necə qiymətləndirərsiniz?

- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər