"Quş qripi" ilə bağlı daha bir monitorinq keçiriləcək

  • 10 Yan 2020 15:01
  • 3235 Baxış
"Quş qripi" ilə bağlı daha bir monitorinq keçiriləcək



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 13–17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

AQTA-dan BakuPost-a verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.


Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.



X