Ru
11:05 / 16 Dekabr 2019

Qusarda kütləvi zəhərlənmə - Bir ailədən 8 nəfər - YENİLƏNİB

3052
Səhiyyə Nazirliyi Qusardakı kütləvi qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən BakuPost-a verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.


Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***
10:25

Qusar rayonunda qidadan zəhərlənmə faktı baş verib.

BakuPost apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.


2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər