Ru
23:17 / 14 Noyabr 2025

Quterreşdən Kiyevdə səfirliyimizə raket zərbəsinə REAKSİYA

Quterreşdən Kiyevdə səfirliyimizə raket zərbəsinə REAKSİYA
Eye

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanın Kiyevdəki (Ukrayna) səfirliyi binasının raket zərbəsinə məruz qalmasını pisləyib.

Bakupost.az xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrikin adından bəyanat yayılıb.

"Baş katib Rusiya Federasiyasının bu gün Ukraynanın bir neçə bölgəsinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumlarını qətiyyətlə pisləyir. Bu hücumlar nəticəsində paytaxt Kiyevdə ən azı altı, Çornomorsk şəhərində isə iki nəfər həlak olub. Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarət alanlar var. Yaşayış və enerji infrastrukturuna, eləcə də Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir.

Mülki şəxslərə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur. Harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır", - deyə sənəddə deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar