10:48 / 07 Oktyabr 2021

Rafael Ağayevin ayağı sındı: çempionatda iştirak etməyəcək - FOTO

1142
Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər