Ru
19:13 / 12 May 2021

Ramazan təqvimində səhv - Sabah bayram deyil?

15600

Atif İslamzadə

Filologiya üzrə fəlsəfə doktoru, dosent


Hər il təqvimlə oynamaq olmaz!


Bu il hicri təqvimlə 1442-ci ildir. Miladi təqvimlə məlum olduğu kimi 2021-ci ildir. 2021-ci ilin təqvimindəki ayların sayı konkret olaraq məlum olduğu kimi, hicri təqvimində olan aylar da konkret olaraq məlumdur. Bunu bilmək üçün uzağa getməyə ehtiyac yoxdur. Ərəbistanda olan təqvimləri araşdırmaq kifayət edər. Bu gün ərəb təqvimlərində Ramazan ayı 29 gün deyil, 30 gündür. Bunu təsdiq edən təqvimi aşağıda təqdim etmişik.


Burada da günlər dəyişmir, Ramazan ayının 1442-ci il hicri-qəməri təqvimlə bu il 30 gün olduğu məlum olur. O da aydındır ki, Ramazan ayı əksər vaxtlar məhz 29 gün olur. Ancaq bu il 29 gün deyil, 30 gündür. Bunu nəzərə alan Türkiyə elə Ramazan ayınının birinci gününü miladi təqvimi ilə aprelin 13-dən hesablamış, oruca vaxtında başlamışdır. Bayram isə may ayının 13-nə düşür. Çünki aprel ayı 30 gündür. Aşağıdakı təqvimdə həm hicri, həm də miladi göründükdə bu tarix dəqiqliklə bilinir. Təəssüf ki, bu il bunu nəzərə almamış, Azərbaycanda oruc tutmağa 1 gün gec başlamışlar. Ümid edirik ki, bundan sonra Türkiyə modeli əsas götürüləcəkdir. Oruc tutanların haqqına girmək günahdır. Bu qədər sürətli texnoloji dövrdə bir təqvimi hesablaya bilməmək isə hürufatçılıqdan və savadsızlıqdan başqa heç bir göstəricini müəyyən edə bilməz.


Nəhayət onu da anlamaq lazımdır ki, biz miladi təqvimdə ayları neçə gün yaşayırıqsa, hicri təqvimdə də aylar o qədər olur. Hicrini miladiyyə nəzərən dəyişməyə yol verilmir. Yəni hicri təqvimin 9-cu ayı olan Ramazan yerində qalır və hər il neçə gündürsə, elə də olur. Bunu bilmək üçün hər il təqdim etdiyimiz kimi hicri təqvimə baxmaq kifayətdir. Bunu öz siyasi məqsədləri üçün istifadə etmək, xüsusilə Azərbaycanı Türkiyədən ayrı tutmaq məqsədiylə həyata keçirmək qətiyyən olmaz.


Bakı ilə Ərəbistan arasında uzun saat fərqi də yoxdur. Belə ki, Bakı ilə Bağdad (İraq) arasında 1 saat, Qahirə (Misir) arasında 2 saat, Ər-Riyad (Səudiyyə Ərəbistanı) arasında da yenə 1 saat fərq vardır. Əbu Dabi (BƏƏ) arasında isə saat fərqi belə yoxdur. Hər iki paytaxtda vaxt eynidir.


Məlumdur ki, İstanbul (Türkiyə) arasında da Bakı ilə 1 saat zaman fərqi vardır. Bu o deməkdir ki, Ramazan ayı bu ölkələrin heç biri ilə, istər hicri-qəməri, istərsə də miladi-şəmsi və yaxud hicri-şəmsi təqvimlərlə bir gün vaxt aralığında görünmür. Yəni Ramazan ayı eyni gündə başlanır. Bunu primitiv astronomik hesablama belə bəlli edə bilir. Belə olduğu təqdirdə hər il bir gün fərqlə Ramazan ayına başlamaq və yaxud bitirmək nə deməkdir?!


Nəzərə alınsa ki, Ramazan bayramında, yəni şəvvəl ayının 1-də oruc tutmaq haramdır, bu işləri daha da çətinləşdirir. Hər halda bu barədə ciddi şəkildə tədbirlər həyata keçirmək vaxtı çatmış, hətta keçmişdir. Ümid edək ki, gələcək illərdə bu barədə ciddi ölçü götürüləcək və müsbət istiqamətdə gərəkli addımlar atılacaqdır.


Hicri-miladi təqvim:


Hicri-qəməri təqvim (ərəbcə)



Hicri-qəməri təqvimdə Ramazan ayını ayrıca olaraq da(Ərəbistanda olan ərəbcəsini) diqqətinizə çatdırırıq:


Alim olan yalnız Uca Allahdır!


Şərhlər
  • Mezahir

    Sənə dosent dərəcəsi verənin vayına oyurum,ay Atif. Şəriətə görə Ay görünməsə oruc tutub,iftar açmaq olmaz. Ayın görünməsi isə eyni meridianda yerləşən ölkələrdə eyni ola bilər. Türkiyə ilə Azərbaycan isə müxtəlif meridianlarda yerləşir. Türkiyədə ramazan ayının başlanması Azərbaycan üçün əsas ola bilməz. Azərbaycan üçün əsas Şamaxı rəsədxanasının rəyi ola bilər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər