Ramin Quluzadə əfqanıstanlı nazirlə görüşdü

  • 16 İyl 2019 17:52
  • 534 Baxış
Ramin Quluzadə əfqanıstanlı nazirlə görüşdü
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Əfqanıstan Maliyyə naziri Məhəmməd Humayun Qayuminlə görüşüb.




Bakupost xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat, tranzit, eyni zamanda informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Həmçinin, qeyd olunan istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.




Qeyd edək ki, əfqanıstanlı nazir Azərbaycan hökuməti ilə Əfqanıstan İslam hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.