11:37 / 10 Sentyabr 2021

Ramiz Göyüşovun yerinə bu şəxsin namizədliyi irəli sürüləcək - FOTO

1383
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri vəzifəsinə Vüsar İsmayılovun namizədliyi irəli sürüləcək.

Bakupost.az xəbər verir ki, APA-nın məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçiriləcək iclasında V. İsmayılovun partiyanın Binəqədi rayon təşkilatının sədri vəzifəsinə təyinatı məsələsinə baxılacaq.

Qeyd edək ki, bundan əvvəl YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov idi.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

Əlavə edək ki, YAP İdarə Heyətinin bugünkü iclasında sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılan R. Göyüşovun partiyadan xaric edilməsi məsələsinə də baxılacaq.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Məşhur YAP çı SİRUS TƏBRİZLİ YAP haqqında dəqiq fikir söyləmişdir Senzura yaratmayın Çap edin

  • Mikayil

    Xalq hansı məxluqatların əlində qalıb. Bunlar bizə böyük iclaslarda necə yaşamaq barədə yol qöstəriblər,

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər