Ru
14:30 / 05 Mart 2021

Ramiz Mehdiyev qurultaydan danışdı - VİDEO

1353
Bu gün YAP-ın İdarə Heyəti üzvlüyündən çıxarılaraq Veteranlar Şurasının üzvsü seçilən AMEA prezidenti Ramiz Mehdiyev partiyanın qurultayından sonra jurnalistlərə açıqlama verib.

R.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı çox böyük təəssürat yaradıb: “Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.

R.Mehdiyev bildirib ki, hazırda 5-ci kalon məsələsi ortalığa atılıb: “Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.

R.MEhdiyev qeyd edib ki, İdarə Heyətinə seçilən şəxslər arasında tanıdığı və tanımadığı şəxslər də var: “Mən Ağsaqqallar Şurasının üzvü seçildim”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər