Ru
10:37 / 18 Noyabr 2019

Ramiz Mehdiyev Roin Metreveli qəbul etdi

1540
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli ilə görüşüb.

BakuPost xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan Milli Elmlər akademiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.


Ramiz Mehdiyev ölkəmizdə dövlət səviyyəsində dost və qonşu Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Roin Metreveli Heydər Əliyevlə görüşlərindən söz açıb, ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər