Raquf Orucova həsr olunmuş sənədli film təqdim ediləcək

1083
2016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş "Ruhun həsrəti” sənədli filminin təqdimatı keçiriləcək.

Mətbuat Şurasından BakuPost-a verilən məlumata görə, təqdimat sabah Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, "Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cı ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş "Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər