Ru
14:38 / 07 Oktyabr 2019

"Rasim Ocaqov" təqaüdü təqdim edildi

1868
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

ARKİ-dən BakuPost-a bildirilib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Nərgiz Yusifova layiq görülüb.

Günel
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər