Ru
08:43 / 17 Fevral 2020

"35-ci dairəni qaytarıb, azı 35 dairəni ləğv eləmək lazımdı" - Rauf Arifoğlu - VİDEO

2546



"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu namizəd olduğu dirənin nəticələrinin ləğvi ilə bağlı maraqlı status paylaşıb.

BakuPost xəbər verir ki, onun iddiasına görə, ən demokratik seçki 35-ci dairədə keçirilib:
“Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm... Belə anladım ki, seçki adına əsil yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)...”

O, seçkinin nəticələrinin ləğv edilməsinə görə MSK sədri Məzahir Pənahovu və hakimiyyəti ittiham edib: “Sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı. Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni - yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdı.


Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. "Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer...", dedi...

İkinci dəfəmizdə bunu Feysə baxmağa qoymamaq lazımdı...

Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min "like" olmalı idi...

Cəmi 35-40 idilər...”

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər