Ru
11:39 / 14 Oktyabr 2019

REAL bələdiyyə seçkilərinə qatılacaq

2158
Real partiyası keçiriləcək bələdiyyə seçkilərinə qatılacaq.

Bakupost.az-ın məlumatına görə, bu barədə partiya sədri İlqar Məmmədov yazıb.

O bildirib ki, dekabrdakı bələdiyyə seçkisi ilə bağlı REAL'ın daxili hesabatını Toğrul İsmayılov hazırlayıb:

“Biz onu İdarə Heyətində dinlədik. Hesabatda bir neçə mümkün hərəkət variantımız gostərilir. Onlara baxıb belə fikirdə möhkəmləndik ki, hazırkı siyasi vəziyyətdə bələdiyyə seçkisində iştirakımız iki məqsədə xidmət etməlidir:

1) yerli idarəetmənin əslində necə qurulmalı olduğunu bütün xalqa danışmaq;
2) gələn ilin parlament seçkilərinə hazırlıq məqsədilə ayrı-ayrı səfərbərlik alətlərini sınamaq.

Bunun üçün bircə şəhərdə ölkə əhəmiyyətli seçki kampaniyası kecirmək yetər”.

Partiya sədri həmçinin qeyd edib ki, seçkilərdə Xırdalan şəhəri üzərində namizəd verəcəklər: “Xırdalan əhalisi ölkənin əhali strukturunu az da olsa əks elətdirir. Xırdalanda 30 minədək seçici var, bu da qoyduğumuz məqsədlərə mütənasibdir. 21 məntəqəyə bölünüblər, yəni müşahidə qurmaq nisbətən rahatdır. Əvvəlki seçkidə 3700 səs "almış" namizədlər bələdiyyə üzvüdürlər - bu da yaxşı əsasdır, çünki namizədlərimizin bundan xeyli çox səs toplaması çox realdır.

Ən vacibi - Xırdalanın infrastrukturu və yaşayış şəraiti bərbad haldadır, özü də məhz bacarıqsız idarəetmə səbəbilə. Bu ilkin fikrimizdir. Onda qərarlaşsaq, bizə 19 namizəd tələb olunacaq. Odur ki, Xırdalanda yaşayan həm üzvlərimiz, həm də bizim dəstəyi istəyən potensial namizədlər hazırlaşsınlar və təkliflərini versinlər.

Bu kampaniyaya maddi dəstək durmaq istəyən vətəndaşlar da, imkanlarını nəzərdən keçirsinlər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər