Ru
14:57 / 06 Fevral 2021

"Real Madrid"in kapitanı əməliyyat olunacaq

1794
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Serxio Ramos əməliyyat olunacaq.

34 yaşlı müdafiəçi dizindəki narahatlığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

"Kral klubu"nun kapitanı aprel ayından tez yaşıl meydanlara qayıda bilməyəcək.

Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. O, 2005-ci ildən Madrid təmsilçisinin formasını geyinir. Müdafiəçi La Liqada 14 matçda iştirak edib və 2 qol vurub./Report
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər