21:54 / 03 Oktyabr 2021

"Real" məğlubiyyətlə üzləşdi

637
İspaniya çempionatının VIII turunun matçında “Real Madrid" Barselonanın "Espanyol" komandasına məğlub olub.

Bakupost.az xəbər verir ki, "Kornelya-El Prat" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Raul de Tomas və Aleyş Vidal fərqləniblər. Qonaqların yeganə qolunu Kerim Benzema vurub.

Bu, “kral klubu”nun İspaniya çempionatında ilk, cari mövsümdə isə ikinci ardıcıl məğlubiyyəti olub. Daha əvvəl madridlilər Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun "Şerif"ə 1:2 hesabı ilə uduzublar.

“Real Madrid” səkkiz turdan sonra 17 xalla, əlavə göstəricilər üzrə "Atletiko"nu qabaqlayaraq ölkə birinciliyinin yarış cədvəlində liderlik edir. "Espanyol" 9 xalla 12-ci yerdə qərarlaşıb.

"Real Madrid" növbəti turda səfərdə "Barselona" ilə qarşılaşacaq, "Espanyol" isə "Kadis"i qəbul edəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər