Ru
13:42 / 07 Noyabr 2019

Rəcəbov Dubova qarşı

2001
“Grand Prix 2019” seriyasının üçüncü mərhələsinin 18 final mərhələsinin oyunları başa çatıb.

BakuPost.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərhələdə artıq bəzi cütlüklərin qalibi məlum olub. Həmyerlimiz Teymur Rəcəbov növbəti mərhələ taleyini tay-brekə saxlayıb. İki oyunun nəticəsində rusiyalı Danil Dubovla heç-heçə edən Teymur bu gün tay-brek oynayacaq.


Xatırladaq ki, ümumilikdə 4 mərhələdən ibarət seriyada, hər şahmatçı bunlardan yalnız 3-də iştirak edə bilər. İlk iki mərhələdə iştirak etmiş və hətta Latviyada keçirilmiş sonuncu mərhələnin qalibi olan Şəhriyar Məmmədyarov məhz bu səbəbdən Hamburqda çıxış etmir.

Qeyd edək ki, bu turnir, həmçinin Teymurun Dünya Kubokundakı qələbəsindən sonra bu qarşılaşma ilk sınağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da olacaq.

Keçirilmiş iki mərhələdən sonra, seriyanın ümumi hesabına aktivlərində 10 balları olan həmyerlimiz Şəhriyar Məmmədyarov və rusiyalı Aleksandr Qrişyuk başçılıq edirlər. "Grand Prix 2019" seriyasının sonunda ilk iki pilləni tutmuş şahmatçılar 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə qazanacaq. Teymur Rəcəbovun Dünya Kubokunun qalibi kimi İddiaçılar turnirinə vəsiqəni təmin etdiyindən "Grand Prix 2019"-kı çıxışı formal xarakter daşıyır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər