Ru
18:25 / 19 Aprel 2019

Rektor şagirdlərlə görüşdü - FOTO

1332

Azərbaycan Dövlət Aqrar Universitenin professor-müəllim heyəti Sabirabadda rayon ictimaiyyəti, yuxarı sinif şagirdləri ilə Heydər Əliyev mərkəzində görüş keçirib.


BakuPost xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkədə aqrar sahədə əldə edilən uğurlardan danışıb.


ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında ölkənin digər sahələri kimi aqrar bölmənin də dinamik inkişafını təhlil edib, buradakı inkişafın birbaşa aqrar təhsillə bağlı olduğunu deyib.


Tədbirdə universitetlə bağlı təqdim edilən film iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər