Ru
16:04 / 17 Sentyabr 2019

Rəqqaslarımız Özbəkistanda keçirilən festivalda - FOTOLAR

1534

Özbəkistanın qədim Xivə şəhərində “Rəqsin sehri” Beynəlxalq Festival keçirilib.


BakuPost xəbər verir ki, festivala dünyanın 20 ölkəsindən və Özbəkistanın regionlarından gələn rəqs ansamblları qatılıblar.

Ölkəmizi bu festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.


Festivalın təntənəli açılış mərasimi qədim “İçan Kala” Qoruq-Muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı meydanda olub.


Azərbaycan rəqqasları festivalda üç konsert proqramı təqdim ediblər.


Sonuncu gün keçirilən qala-konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı - Qran-priyə layiq görülüb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər