Ru
10:18 / 17 Oktyabr 2019

"“Media orqanları” sifarişçilərin əlində çomağa çevrildi" - Rəşad Məcid

4426


“Keşmiş MTN-nin təsirində olan qəzetlər vardı. Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu”.

BakuPost xəbər verir ki, bu sözləri “525-ci Qəzet”in baş redaktoru Rəşad Məcid Facebook səhifəsində yazıb.

“Cənab Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir.

Ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş vüsət almasa da, əvvəllər də olub. Keşmiş MTN-nin təsirində olan qəzetlər vardı. Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü. Mətbuat Şurası bu qəzetləri “qara siyahıya” salsa da, hansısa qüdrətli əl buna mane olurdu.
Yeni medianın artmasıyla ayrı-ayrı məmurların da sayt yaratması adi hala çevrildi. Çox da böyük olmayan vəsaitlə yaradəlan bu yeni “ media orqanları” sifarişçilərin əlində çomağa çevrildi. İndi, az qala, hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb. Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik.”

Xatırladaq ki, Prezident İlham Əliyev dünən baş tutan iqtisadi müşavirədə mətbuata irad bildirib : “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir.”



BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər