Ru
06:03 / 14 Avqust 2019

Rəsulzadənin adına olan gəmidə dağıntılar oldu - Toqquşma

4583
"Palmali" gəmiçilik şirkətinə məxsus, bu günlərdə istifadəyə verilən Məmməd Əmin Rəsulzadə gəmisi ilə "Doric Warrior" gəmisi toqquşub.

 

 

BakuPost-un məlumatına görə, bunu hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib. 

"Palmali” gəmiçilik şirkətinə məxsus Məmməd Əmin Rəsulzadə adına gəmiyə Liberiyaya məxsus "Doric Warior” gəmisi çırpılıb, gəmidə ciddi dağıntılar yaranıb".
Bunu isə APA-nın Türkiyə bürosuna "Palmali” şirkətindən bildiriblər.
Məlumatda o da qeyd edilib ki, hadisə baş verən an, gəmidə 14 nəfərlik heyət olub, qəzada yaralanan olmayıb. Şirkətin ekspert qrupu hazırda hadisə yerindədir və dəymiş ziyan hesablanır.
Şirkətdən bildirlib ki, gəminin yüklü olması haqqında məlumat yanlışdır, gəmi ilk sifarişini alıb və limanda olub.

Qeyd edək ki, bu barədə "Palmali" şirkətinin rəhbəri Mübariz Məsimov da sosial mediada məlumat yayıb.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər