Ru
09:34 / 02 Avqust 2020

Ronaldo pandemiyada aldığı dünyanın ən bahalı maşınını göstərdi - FOTO

8033
Dünyanın ən bahalı futbolçularından olan Ronaldo özünü mükafatlandırıb.

"Yuventus"un forması ilə İtaliya A seriyasında komandasına çempionluq yaşadan Ronaldo dünyanın ən bahalı maşınını alıb. Portuqaliyalı ulduz yeni maşınına - "Bugatti La Voiture Noire"ə 9,5 milyon avro ödəyib.

O, maşının fotosunu "instagram" hesabında paylaşıb və "mənzərəni siz seçin" şərhini yazıb. 35 yaşlı futbolçu maşının nömrəsi üçün də öz adı və soyadının baş hərflərini seçib - CR.

Dünyanın ən bahalı maşınına sahib olan Ronaldonun qarajında olan avtomobillərin ümumi dəyəri 30 milyon avrodur.

Xatırladaq ki, "Bugatti La Voiture Noire"dən cəmi 10 ədəd istehsal edilib. Bu model saatda 380 km sürətlə gedə bilir. 60 km-ə 2,4 saniyədə çıxır. 1600 at gücündə olan maşın dünyanın dünyanın ən sürətli idman avtomobillərindən biridir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər