Ru
16:58 / 11 Dekabr 2019

Rövnəq Abdullayev yeni direktor təyin etdi

6606
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

Bu barədə BakuPost-a SOCAR-dan bildirilib.


Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər