Ru
17:03 / 09 Dekabr 2019

Ruhi xəstə maşın oğurladı - Tutuldu

2483
Gəncə şəhərində ruhi xəstə avtomobil qaçırıb.

BakuPost-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, dekabrın 8-də Gəncə şəhəri ərazisindən Daşkəsən rayon sakini C.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini olan ruhi xəstə Q.İmanov həmin gün hadisə yerinin yaxınlığında avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər