Rus səfir Fransa XİN-ə çağırıldı

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

Rusiyanın bir müddət əvvəl Avropa Birliyinin (AB) 8 diplomatına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı qərardan dolayı narahatlıq səfirin diqqətinə çatdırılıb.