Ru
00:34 / 19 Sentyabr 2020

Rusiya bu ölkələrlə uçuşları bərpa edir

16902
Rusiya sentyabrın 21-dən etibarən Belarus, Qazaxıstan və Qırğızıstanla beynəlxalq uçuşları bərpa edib.

"BakuPost" xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahının məlumatında deyilir:

“İclasın nəticələrinə əsasən, sentyabrın 21-dən etibarən Qazaxıstan (Nur-Sultan şəhəri), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) qarşılıqlı uçuşlar bərpa ediləcək. Reyslər həftədə bir dəfə həyata keçiriləcək”.

Bununla yanaşı Rusiya sentyabrın 27-dən etibarən Cənubi Koreya ilə də (Seul şəhəri) uçuşları bərpa edəcək. Cənubi Koreya pandemiya səbəbindən sərhədləri bağlamasa da, bu addımı Rusiya və digər ölkələr atmışdı. Seulla da aviareyslər həftədə bir dəfə həyata keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər