Ru
17:55 / 04 Dekabr 2020

Rusiya ələndi: Avropa Liqasının 1/16 finalına düşdü

1169

UEFA Avropa Liqasının qrup raundunda beşinci tur arxada qalıb.


Novator.az-ın məlumatına görə, İ qrupunda yarışan Azərbaycan təmsilçisi “Qarabağ” dekabrın 3-ü İstanbulda İsrail “Makkabi”si (Tel-Əviv) ilə xalları bölüb – 1:1.


Səfərdə Türkiyə “Sivasspor”nu 1:0 hesabı ilə yenən İspaniyanın “Vilyarreal” klubu ilk pilləni və 1/16 finala vəsiqəni təmin edib. İkinci vəsiqəyə “Makkabi” və “Sivasspor” iddialıdır. Dekabrın 10-na təyin olunmuş “Makkabi” – “Sivasspor” görüşü ərəfəsində israillilər 8, sivaslılar 6 xal yığıb.

3 dekabr oyunlarında digər qruplardan “Slaviya” (Çexiya), “Bayer” (Almaniya), “Reyncers” (Şotlandiya), “Benfika” (Portuqaliya), “Qranada” (İspaniya), PSV (Niderland), “Braqa” (Portuqaliya), “Lill” (Fransa), “Milan” (İtaliya), “Antverpen” (Belçika), “Tottenhem” (İngiltərə), “Dinamo” (Xorvatiya), “Srvena Zvezda” (Serbiya) 1/16 final bileti alıblar.

“Roma” (İtaliya), “Arsenal” (İngiltərə), “Lester” (İngiltərə) və “Hoffenhaym” (Almaniya) növbəti mərhələyə ötən həftə çıxıblar.

“Krasnodar” (Rusiya) Çempionlar Liqasının qrup mərhələsindən ələnərək Avropa Liqasının 1/16 finalına düşüb.

Qrup mərhələsində yarışan 6 komandanın 1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış turnirdə zəfəri var. “Tottenhem”, “Feyenoord” 2, PSV, “Bayer”, “Napoli”, SSKA (Moskva) 1 uğur qazanıb.

Mənbə: Football.kulichki.net

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər