Ru
13:51 / 24 Aprel 2019

"Rusiya elitasının Ermənistanla bağlı problemləri var" - Paşinyan

2659

 


"Rusiyada komandamızın üzvlərinə inamsızlıq var”.


Bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan "Civilnet”ə müsahibəsində deyib.


"Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektoru Rusiyanı sevməyən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilib. Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, zamanla bu, həll olunacaq", - Nikol Paşinyan vurğulayıb.


O qeyd edib ki, dövlətlərarası institutlar qarşılıqlı şəkildə fəaliyyətə başlayandan sonra iki ölkənin məmurları bir-birini başa düşəcək.  (Report.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər