14:04 / 08 Oktyabr 2021

Rusiya Ermənistanda AES tikəcəkmi? - ŞƏRH

552
Ermənistan hökuməti yeni Atom Elektrik Stansiyasının (AES) inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır. TASS agentliyinin məlumatına görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Bəs bu mümkündürmü?

Məsələ ilə bağlı Bakupost.az -a danışan politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan bununla Rusiyaya jestlər edir ki, onun silahlı qüvvələrinin təchizatını həyata keçirsin:



“Əlbəttə, Ermənistanın burada hər hansı bir maliyyəsi yoxdur. Ümumiyyətlə, Ermənistanın Atom Elektrik Stansiyası var, amma bunun istismar müddəti başa çatıb. Buna baxmayaraq, təhlükəli olduğu halda həmin stansiyadan istifadə edirlər”.

Politoloq bildirib ki, yeni atom elektrik stansiyasının tikintisi tezliklə reallaşa bilməz:

“Çünki Rusiya Ermənistanda belə bir stansiyanın tikintisi üçün maraq göstərməyəcək və sərmayə yatırmayacaq. Çünki Rusiyada bir o qədər maliyyə vəsaiti yoxdur. Rusiyaya qarşı həm iqtisadi sanksiyalar tətbiq olunur, həm də Paşinyana etimad aşağı səviyyədədir.


Bundan əlavə, Ermənistan hakimiyyəti Avropa İttifaqından maliyyə yardımı alır. Eyni zamanda, Paşinyan Avropa İttifaqı ilə siyasi inteqrasiya prosesini sürətləndirəcəyini bəyan edir. Ona görə də Rusiya-Ermənistan əlaqələrində hər hansı bir ciddi şəkildə inkişaf yoxdur və olmayacaq. Rusiya Ermənistanda Atom Elektrik Stansiyası tikməyəcək”.

Fəridə Söhrabqızı
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər