19:07 / 13 Sentyabr 2021

Rusiya ölkələrlə hava əlaqələrini bərpa etməyə hazırlaşır

508
Rusiya sentyabrın 21-dən etibarən bir sıra ölkə ilə hava əlaqələrini bərpa edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı yayıb.

Məlumata əsasən, sentyabrın 21-dən başlayaraq Rusiya İspaniya, İraq, Kenya və Slovakiya ilə hava əlaqələrini bərpa edəcək.

Bununla yanaşı, Rusiyanın Nazirlər Kabinetinin məlumatına görə, sentyabrın 21-dən etibarən Pskov, Maqadan, Murmansk və Çita hava limanlarından Misir və Türkiyəyə uçuşlar bərpa olunacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər