Ru
19:43 / 23 Noyabr 2020

Qarabağda rus sülhməramlısı və ermənilər minaya düşdü

2950
Rusiya sülhməramlılarının zabiti və 4 erməni FHN əməkdaşı Qarabağda minaya düşüb.

“BakuPost” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən baş verib.

Yaralı rus zabit Bakıya xəstəxanaya gətirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir. Məlumatda hadisə zamanı bir Azərbaycan həbçisinin də şəhid olduğu qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli Suqovuşanda minaya düşərək şəhid olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər