Ru
21:01 / 28 Fevral 2020

Rusiya və Türkiyə arasında kritik görüş başa çatdı

1524
Rusiya və Türkiyə nümayəndə heyətləri bu gün Ankarada bir araya gələcək.

BakuPost.az xəbər verir ki, yerli vaxtla saat 16:00-da başlayacaq görüşdə hər iki ölkənin nümayəndə heyəti İdlib böhranını müzakirə edəcək.


Qeyd edək ki, Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Xarici İşlər nazirinin müavini Sergey Verşinin rəhbərlik etdiyi nümayəndə heyəti 3 gündür Türkiyədə səfərdədir. Onlarla danışıqlar aparan Türkiyə nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sədat Önal rəhbərlik edir.

Heyətlər arasında 26 və 27 fevralda müzakirələr aparsa da, nəticə əldə edilməyib.

***
Türkiyə ilə Rusiya nümayəndə heyətləri arasında Ankarada keçirilən görüş başa çatıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüşdə türk heyəti davamlı atəşkəsə ehtiyac olduğunu, gərginliyin azaldılması üçün rejimin Soçi razılaşmasına sadiq qalmasının vacibliyini diqqətə çatdırıb.

Rusiya tərəfi də eynən davamlı atəşkəsin labüd olduğunu qeyd edib və gərginliyin azaldılması üçün Soçi konsensusuna riayət ediməsinin lazım olduğunu vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər