Ru
10:39 / 11 Noyabr 2021

Rusiyanın Qarabağla bağlı əsl niyyəti ortaya çıxır: Xocalıda 10 məşhuruna abidə qoydu - FOTO

11576

Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.


Bakupost.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilir ki, xiyabanın açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib.

Layihənin müəllifi isə heykəltəraş Mixail Serdyukovdur. Həmçinin, layihədə silsilə xiyabanlar salınması da nəzərdə tutulur.



Rusiyanın Qarabağla bağlı əsl niyyəti ortaya çıxır: Xocalıda 10 məşhuruna abidə qoydu -  FOTO
Şərhlər
  • Əzim Cabarov

    Bakıda Anaşkin adına küçə var idi.

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Şükür edin ki Jirinovskiyə abidə ucaltmayıblar

  • Rəhim

    Azərbaycanın başına gətirilən bəlaların baiskarı Rusiyadır, erməni rusun əlindəki itdir lazım gələndə üstümüzə qısqırdır. Başqa birisi Rusiyanın ərazisində razılığı olmasa heç bir ədəd belə göyərçinin heykəlini qoya bilməz, sən isə suveren Dövlətin ərazisində min hoqqadan çıxırsan, o heykəlləri öz torpağında niyə qoymursan,yəqin ərazinizin "balacalığı" buna imkan vermir. Nə qədər şovinizm, nə qədər həyasızlıq var Rusiya deyilən qəsbkar dövlətdə, bütün dünyanı qarışdıran Rusiyadır...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər