Rusiya İvanovo vilayətinin Furmanov rayonunda bu dəqiqələrdə “Ан 22” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, təyyarədə 7 ekipaj üzvünün olduğu bildirilib və hadisə yerinə Fövqəladə hallar xidməti cəlb olunub.
Hazırda təyyarənin qəzaya uğrama səbəbləri və ekipaj üzvlərinin vəziyyəti ilə bağlı rəsmi məlumat verilmir. İlkin məlumatlara görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Rusiyanın TASS agentliyi xəbər verir ki, Ан‑22 hərbi-nəqliyyat təyyarəsi İvanovo vilayətinin Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları suyun üzərində tapılıb.
Cavid, BakuPost