Ru
08:56 / 23 Sentyabr 2021

Rusiyada radarlardan itən təyyarəsinin qalıqları tapıldı

1944
Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

Bakupost.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

"Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.

Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir.

İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər